Şəbnəm yol qəzasında ağır yaralanıb? - Açıqlama
Müğənni Şəbnəm Tovuzlunun qəzaya düşməsi barədə xəbərlər yayılıb.
Minval.info xəbər verir ki, bu gün Bakı-Qazax yolunda yol baş verən qəzanın səbəbkarının ifaçının olduğu bildirilib. Hətta qəza zamanı Şəbnəm Tovuzlunun da xəsarət aldığı iddia edilib.
Yayılan məlumatlarla bağlı saytımıza açıqlama verən müğənni xəbəri yalanlayıb:
“Yalan xəbərdir. Mən qəza törətməmişəm. Qəzada da ağır yaralanmamışam. Qohum-qonşu bayaqdan mənə zəng edir, narahatdırlar. Xahiş edirəm ki, haqqımda bu cür yalan xəbərlər yazılmasın. Yaxınlarım narahat olur. Qarşıda konsertlərim var, onlara ciddi hazırlaşıram. Beynimin bu cür xəbərlərlə yorulmasını istəmirəm.Yeni fotosessiya etmişik, “Dərmanımdır” adlı mahnım da hazırdır. Yaxın günlərdə təqdim olunacaq.
Bu arada qəza keçirən kimdirsə, keçmiş olsun. Allah hər kəsi qəzadan bəladan qorusun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!