Şəbnəm Tovuzlu yeni klipindən danışdı: “Düşündüm ki, dinləyicilərimə sürpriz olsun”
Müğənni Şəbnəm Tovuzlu “Qorxuram səni itirməkdən” mahnısına çəkilən klipini təqdim edib.
Minval.info xəbər verir ki, müğənni yeni mahnısının yayın hiti olacağına inandığını deyib:
“Mahnı ilk dinlədiyim anda ürəyimə yatdı. Sonra bəstəni kliplə təqdim etmək qərarına gəldim. Əsasən, bu cür mahnılar daha çox payız aylarında təqdim olunur. Yayda daha çox şən mahnılar təqdim edilir. Mən bir müddət öncə “Baldı balam”ı təqdim etdim, tam şən əhval-ruhiyyəli mahnı idi. Düşündüm ki, yay fəsli olsa da, “Qorxuram səni itirməkdən” dinləyicilərimə sürpriz olsun. İnanıram ki, tamaşaçıların da ürəyincə olacaq”.
Qeyd edək ki, sözləri Şərafəddin İlkin, musiqisi Tural Sedalıya məxsus bəstəni İsmayıl Əlizadə aranjeman edib. Mahnıya rejissor Xəyal Qarayev ekran həyatı verib.
https://www.youtube.com/watch?v=myR5KOtCNh8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır