Şəbnəm Tovuzlu statistika açıqladı: “Heç vaxt saxtakarlığa əl atmamışam” - VİDEO
Müğənni Şəbnəm Tovuzlu müğənnilərin pul verib, mahnı və kliplərinə saxta baxış aldıqları barədə səsləndirilən fikirlərə münasibət bildirib.
Musavat.com saytına açıqlama verən ifaçı “Youtube”da 32 milyon baxış toplayan “Xəstəyəm” mahnısının statistikasını təqdim edib: “Son günlər müğənnilərin saxta baxış alması barədə çox fikir səsləndirilir. Bəzən bizə eyham vurulur.
Mənim “Youtube” səhifəmə baxan PR menecerim var. Ceyhun Əsədov çox savadlıdır, hər şeyə o nəzarət edir. Söz-söhbətlərdən sonra biz də düşündük ki, gerçəkləri ortaya qoyaq. Ceyhun “Xəstəyəm” mahnımın baxış sayını, hansı ölkələrdən izləndiyini videoya çəkdi və paylaşdı.
Mən heç vaxt saxtakarlığa yol verməmişəm. Guya, baxış sayını artırıb kimi aldadacağam? Hər şey olduğu kimidir. “Xəstəyəm” mahnımız 2018-ci ilin iyul ayında yayımlanıb və artıq 32 milyon izlənib. Bu sevindirici haldır”.
Qeyd edək ki, “Xəstəyəm” mahnısının sözləri Vüsal İbrahimova , musiqisi Ruslan Səfəroğluna aiddir.
https://www.youtube.com/watch?v=3C1ti-yRt0Y
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!