Şəbnəm tənqidlərdən danışdı: “Aygünə, Zamiqə heç nə demirlər” - VİDEO
Müğənni Şəbnəm Tovuzlu yeni təqdim etdiyi “İndi necəsən mənsiz” klipinin tənqid olunmasına münasibət bildirib.
Musavat.com saytına açıqlama verən ifaçı onu klipində siqaret və içkini təbliğ etməkdə iddia edənlərə belə cavab verib: “Daim üzərimdə işləyirəm. Yeiliklərdən geri qalmamağa çalışıram. Müğənninin işi klip çəkdirmək, yeni layihələr hazırlamaqdır.
Mən yeni işimi təqdim etdim. Klipim müzakirə olundu. Tənqidsiz, müzakirəsiz olmaz. Düzdür, klipin təqdimatında mübahisə yaşandı. Mən şokda idim. Mənim tədbirimdə jurnalistlərin mübahisə edəcəyini gözləmirdim. Bu mübahisə şəxsi münasibətlərin təzahürü idi. Mənə aidliyi yoxuydu. Amma yenə də səssiz qala bilməzdim. Mənə qarşı haqsızlıq və hörmətsizlik oldu. Xoş günümdə qanımı qaraltdılar.
İddia edirlər ki, klipdə siqareti, spirtli içkini təbliğ etmişəm. Aygün Kazımova “Sus” klipində əxlaqsız qadını canlandırdı, Zamiqin öpüşmə səhnələri var.
Digər müğənnilər əlində şərab kamera qarşısına keçir. Onlara heç nə demirlər. Amma məni günahlandırırlar. Əsas odur ki, mənim klipim trendə düşdü. İzlənmə sayı kifayət qədər çoxdur. Ortada iş varsa, deməli tərif də, tənqid də olacaq. Yalnız tərif edilərsə, orada səmimiyyət olmaz” .
https://www.youtube.com/watch?v=g5leQJ19LIs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır