"Şəbnəm hər şeyi özü edib, yalandan ərinin adına çıxarır" - Leyla
Aktrisa Leyla Hümbətovanın ad günü olub.
Minval.info-nun məlumatına görə, o, “Lider maqazin”in kamerası qarşısına keçərək təəssüratlarını bölüşüb. Leyla özəl gününü şəhər restoranlarından birində, yaxınları ilə birlikdə keçirdiyini deyib:
“Gecə saat 12-də sinif yoldaşımdan ilk hədiyəmi aldım. Mənim iki qızım var: biri doğma övladım, digəri mərhum aktrisa Xanım Qafarovanın qızıdır. Onlar mənim üçün ən böyük hədiyədirlər”.
Leyla daha sonra müğənni Şəbnəm Tovuzluya söz atıb. O, Şəbnəmin “Həyat yoldaşım məni helikopterlə izləyəcək” sözlərini ələ salıb:
“Öz hesabıma etdim ad günümü, imkanım olanda daha dəbdəbəli restoranda qeyd edərəm. Başqaları kimi cibimdən pul xərcləyib, yalandan demirəm ki, ərim edir, helikopterlə məni izləyir. Elə Şəbnəm Tovuzlu hər şeyi öz pulu ilə edib, yalandan deyir ərim edir. Özümü yekə-yekə danışaraq reklam etmirəm”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
