Ərzaq mağazasında narkotik satırdı - FOTO
Lənkəranda ərzaq dükanında narkotik saxlayan rayon sakini saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Elçin Qasımov narkotik vasitə qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. Üzərinə keçirilən baxış zamanı 3 kibrit qutusunda çəkisi 14 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.
ƏLAQƏLİ
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Əməliyyat tədbirlərinin davamı olaraq E.Qasımova məxsus Lənkəran şəhəri ərazisində yerləşən ərzaq mağazasına keçirilən baxış zamanı oradan 70 ədəd kibrit qutusunda və 3 ədəd bağlamada ümumilikdə 1 kiloqram 780 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma apaılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bakıda kafedə baş verən qətl hadisəsində deputatın oğlu şübhəli bilinir
Bakıda ölümlə nəticələnən davada deputatın oğlu iştirak edib
82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı

