Külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlan Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovla boşanma xəbərlərinə münasibət bildirib.

Minval.info xəbər verir ki, Aysel ünvanına deyilən tənqidlərə önəm vermədiyini qeyd edib. O bildirib ki, bundan sonra həyatını 3 oğluna həsr edəcək:

“İlk və son açıqlamanı edirəm, onu da mənə görə doğrudan narahat olanlar üçün… Əsəblərim yerində deyil. Xahiş edirəm, heç kim mənə heç nə atmasın. Onsuz da hər şeydən bezmişəm. Başımı qatıram, işlərimlə məşğul oluram, 3 oğlum var, onlar üçün yaşayıram. Nə qədər ömrüm varsa, onlara ayıracam. Daha mübahisələrə girməyəcəm. Kim nə istəyir yazsın, onsuz geri çevirirəm, özümdə deyiləm, müalicə alıram.

Aysel adi olan sekiler sorgusuna uygun resimleri bedava indir

Yaxınlarımdan xahiş edirəm, mənə heç nə yazmasınlar, vecimə deyil. 27 yaşım var, həyatda hər şeyi özüm edirəm, edəcəm də. Çalışdığım qədər tutunmağa çalışıram həyata. O da 3 uşağa görə. Bu mənim şəxsi həyatımdır, kiməsə açıqlama verməyə borcum yoxdur. Necə istəyirəm yaşayıram, başqası mənim nə vecimə”.

Aysel keçmiş və hazırda boşanmaqda olduğu həyat yoldaşlarının dalaşması xəbərinə isə söyüşlü reaksiya verib. Özünü sosial şəbəkədə qlamur bloger kimi təqdim edən Aysel Şükürova jurnalistləri küçə söyüşləri təhqir edir, “Biz diz çökdürürük” kimi sözlərdən istifadə edir. Yəqin ki, mənimsənilən pullarla 400 min manatlıq toy etməsi, lüks həyat yaşaması Şükürovada, “Mən hər şey edə bilərəm” düşüncəsi formalaşdırıb.

 

Qeyd edək ki, Aysel və Oqtay 400 minlik toy xəbəri ilə məşhurlaşmışdı. Onlar rəsmi boşanma üçün məhkəməyə müraciət ediblər. Aysel 1,1 milyonluq İnstaqram səhifəsindən əri ilə olan bütün fotolarını silib. Ayselin birinci nikahdan bir, Oqtayla evliliyindən isə əkiz oğulları var.

Xatırladaq ki, Şükürova daha əvvəl də atasını tənqid edəni ağır ifadələrlə təhqir etmişdi.