Rüstəm Muradovun Xankəndidə sual doğuran görüşləri - Fotolar
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov aprelin 9-u Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən dərhal sonra Xankəndidə erməni biznesmenlər Artak Balayan və Armen Balayan ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Onların “Şərab respublikası” adlı restoranda görüşərək birlikdə nahar etdikləri bildirilib. Görüşün təxminən iki saat davam etdiyi qeyd olunub.
Burada diqqət çəkən vacib məqam isə Armen Balayanın eks-Prezident Robert Koçaryanın ən yaxın adamlarından biri olmasıdır. Rüstəm Muradovun bu görüşü Ermənistandakı hakim siyasi dairələr tərəfindən birmənalı qarşılanmayıb.
Ümumiyyətlə isə son dövrlərdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı vaxtaşırı qeyri-adekvat fəaliyyətləri Azərbaycan ictimaiyyətində də narazılıq yaradır. Sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun Qarabağdakı separatçı qüvvələrin qalıqları ilə formal və qeyri-formal görüşlər keçirməsi bu kontingentin fəaliyyətinin necə tənzimləndiyinə dair sualları yenidən gündəmə gətirir.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə