25.11.2026 - 11:34
Rusiyanın neft sənayesinə ağır zərbə: 145 PUA ilə hücum etdilər
Dünya 271 baxış

Rusiyanın neft sənayesinə ağır zərbə: 145 PUA ilə hücum etdilər

Ukrayna Silahlı Qüvvələri növbəti dəfə Rusiyanın Samara vilayətinə kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. Publika.az-ın məlumatına görə, hücum nəticəsində bir nəfər həyatını itirib, neft emalı zavodlarında isə güclü yanğınlar meydana gəlib.

Vilayətin qubernatoru Vyaçeslav Fedorishçev hadisə ilə bağlı açıqlama verərək, hücum zamanı hava hücumundan müdafiə qüvvələrinin və mobil atəş qruplarının bölgə üzərində 145 PUA-nı vurduğunu bildirib. Hücumun nəticəsində bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayanıb və dağıntılar qeydə alınıb.

“Astra” nəşri tərəfindən yayımlanan görüntülərə əsasən, hücumun əsas hədəfləri “Rosneft” şirkətinə məxsus Syzran və Kuybışev neft emalı zavodları olub. Syzran Neft Emalı Zavodunda güclü yanğın baş verib. Zavod daha əvvəl sentyabr ayında da oxşar hücumlara məruz qalmışdı.

Kuybışev Neft Emalı Zavodu da hücumun təsirindən yanğınla qarşılaşıb. Bu zavod da sentyabr ayında hədəfə alınmışdı. Monitorinq kanalları Novokuybışevsk Neft Emalı Zavodunun da hücuma məruz qaldığını iddia etsə də, bu xəbəri təsdiqləyən görüntülər hələlik mövcud deyil.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: