Rusiyanın ən varlı deputatı tutuldu - Məhkəmə qərarı
Rusiya Dövlət dumasının ən zəngin deputatı, Saxalin əyalətindən seçilmiş, “Moneron” şirkətinin təsisçisi Dmitriy Paşova hökm oxunub.
Bakupost.az xəbər verir ki, Vladivostok məhkəməsi onu cinayətkar qrup şəklində qaçaqmalçılıqda ittiham edərək, canlı krabların gömrük bəyannaməsindən keçirilmədən ölkədən çıxarılmasına görə təqsirli bilib.
İstintaq deputatın 2,6 milyard rubl dəyərində məhsulu qanunsuz çıxardığını sübut edib. Onun dövlətə 9,2 milyon dollar zərər vurduğu bildirilib.
Rusiya Federasiyasının Baş prokurorluğunun məlumatına görə, Paşkov 4 il 6 ay ciddi rejimli koloniyada cəzasını çəkməklə azadlıqdan məhrum edilib və 1 milyon rubl cərimə edilib.
Qeyd edək ki, 2020-ci ildə Forbes jurnalı onu Rusiyanın ən varlı deputatı elan etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada meşə yanğınlarının sahəsi üç milyon hektara çatıb
Daşkənddə gəlinlərin paradı keçirilib
Koronavirusla bağlı son VƏZİYYƏT
Türkiyə Feysbuku cərimələdi
Yunanıstan və Rusiya arasında siyasi böhran
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar qüvvəyə minib