Rusiyanın keçmiş deputatı, məşhur teleaparıcı Ukrayna vətəndaşı oldu
Rusiya Dövlət Dumasının keçmiş deputatı, jurnalist Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib.
“Minval.info” xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda yazıb. Onun sözlərinə görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.
“Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorova ölkəmiz qarşısında müstəsna xidmətlərinə görə Prezident Vladimir Zelenskinin fərmanı ilə Ukrayna vətəndaşlığı alıblar” deyə – Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
Rusiyalı jurnalist Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə Ukrayna vətəndaşlığı almaq üçün müraciət göndərmişdilər. Ukraynanın “Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi qaydası haqqında” qanununun 107-ci maddəsinə əsasən, Kiyev Nevzorovların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığını yoxlamalıydı.
Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub. Rusiya Federasiyasının İstintaq Komitəsi Nevzorova qarşı Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da “Instagram”da və martın 19-da “YouTube”da Rusiya Silahlı Qüvvələri Mariupol şəhərindəki doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Olaf Şolts: Almaniyanın enerji təhlükəsizliyi zəmanət altına alınıb
18 yaşlı qız oğlan dostlarını evə çağırdı, əyləndi, narkotik qəbul edib öldü
Tanınmış diktor vəfat edib
Azərbaycan İrana yardım əli uzatdı
"Victoria’s Secret"də ilk dəfə kök model - FOTO
Norveçlilərin üçdə ikisi Rusiya və Putini ən böyük təhdid adlandırıb
Dənizdə batan adama heç kim kömək etmədi: Meyidin yanında üzdülər - VİDEO