Rusiyalı ulduz Jasmin: “Pulun var”ı nənəmə “süpriz” olsun deyə oxudum"
Rusiya estradasının ulduzu Jasmin Azərbaycan mahnısını oxuma səbəbini açıqlayıb.
Minval.info xəbər verir ki, “ATV maqazin onlarla” proqramının qonağı olan müğənni, nənəsini sevindirmək və “Arşın mal alan” filmini ailəlikcə sevdiklərinə görə mahnını ifa etdiyini bildirib:
– “Sizin dilinizdə “səni sevirəm”, “pulun var” kəlməsini bilirəm. Elə əsas da budur. “Pulun var” (“Деньги есть?”) mahnısını rus dilində oxumuşam. Bu təsadüfən alındı. Çünki bu mahnı Dərbənddə yaşayan nənəm Saranın sayəsində alındı. O, bu mahnını çox sevirdi. Bütün günü evimizdə bu mahnı oxunurdu. Ümumiyyətlə, “Arşın mal alan” filmini çox bəyənirdik. Düşündüm ki, artıq bu mahnını oxumağın vaxtıdır.
Mahnını oxumaqla nənəmə süpriz etdim. İnanın ki, mənim bu sürprizim nənəmi xoşbəxt etdi. İfam hər kəs tərəfindən sevildi. Xüsusən də, mahnıdakı “Ax tı kozıçka moya” kəlməsi dillərə düşdü. Amma mən həmişə “kozıçka” deyil, “rozıçka” və ya Jasmin olduğumu deyirdim (gülür)”.
Qeyd edək ki, musiqili film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılıb. Filmdə Telli və Vəlinin “Pulun var” mahnısı isə hər kəs tərəfindən sevilən ifalardandır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!