Rusiyada dəhşətli hadisə: dörd azərbaycanlı diri-diri yandı - VİDEO
Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizinin yanıb. Məlumata görə, ölənlərin hamısı azərbaycanlıdır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü həmvətənlərimizdir. Onlardan biri istixananın sabiq rəhbəridir.
2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə ümumilikdə 20 işçi olub.
Qəzanın səbəbləri və dəymiş zərərlə bağlı araşdırmalar aparılır.
https://www.youtube.com/watch?v=fJtV_9RkbIA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kişinin qulağından diri arı çıxardılar
Yasamalda narkotacir saxlanıldı
Bakıda dəhşətli qəza: Ölən var - FOTO
Bakıda orta məktəbin qadın müəllimləri dava edib, cinayət işi başlanılıb
Bakıda dənizə baş vuran kişinin boynu qırılıb