Rusiyada boğulan azərbaycanlı haqda yeni məlumatlar - "Oraya getmə səbəbi..." (FOTOLAR)
Tanımadığı qadının çantasını xilas etməyə çalışarkən suda boğulan Nəzir Maksimovun dayısı danışıb.
Oxu.Az-a açıqlama verən Rövşən Mahmudov bildirib ki, Nəzir Peterburqda iş təklifi aldığı üçün Azərbaycanı tərk edibmiş:
“Nəzir Bakıda müxtəlif yerlərdə aşbaz işləyib. Gözəl aşbaz idi. Bu səbəbdən də ona iş təklifi gəldi. Maaş yüksək olduğu üçün getdi. Nəzir çox qanacaqlı, tərbiyəli uşaq idi”.
Dayısı qeyd edib ki, ailənin iki övladı var:
“Nəzirin bir bacısı var idi. 22 yaşı var idi. Atası taksi sürücüsü, anası isə çamaşırxanada işləyir. Bizimlə hadisə olmadan əvvəl danışmışdı. Bildirdi ki, avqustda Bakıya gələcək. Vətənə qayıtmasını gözləyirdik, amma meyiti gəldi”.
Qeyd edək ki, iyulun 23-də Peterburqda tanımadığı qadının çantasını xilas etmək istəməsi 22 yaşlı azərbaycanlı Nəzir Maksimov üçün faciə ilə bitib.


ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ

