Rusiyada azərbaycanlı gənci dəhşətli şəkildə öldürdülər
Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.
Minval.info modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.
“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.
Verilən məlumata görə, E.Əhmədov rayonda evli xanımla görüşürmüş. Qadının əri bundan xəbər tutub və azərbaycanlını qətlə yetirib. Cinayətin izini itirmək üçün onu E.Əhmədova məxsus avtomobillə rayon kənarına çıxarıb. Daha sonra qatil azərbaycanlının ayağına benzin töküb və od vurub.
Qadının taleyi ilə bağlı heç bir məlumat yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı