Rusiya Rövşən Əsgərovu axtarışa verdi
Rusiyada azərbaycanlı jurnalist və “Что? Где? Когда?” televiziya şousunun iştirakçısı Rövşən Əsgərov axtarışa verilib.
Axşam.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb.
Məlumatda qeyd olunub ki, R.Əsgərov Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib. Onun hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.
Qeyd edək ki, aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi açılıb. O, feysbuk hesabındakı paylaşımlarda nasizmi reabilitasiya etməkdə ittiham olunur.
Rusiya Federasiyası İstintaq Komitəsi müəyyən edib ki, o, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar paylaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı