31.03.2022 - 13:00
Vacib
37 baxış
Rusiya qırıcısı Ukraynanın "S-300"nü vurdu - VİDEO
Rusiya Federasiyasının Silahlı Qüvvələrinin bölmələri Zolotaya Niva yaşayış məntəqəsini tam nəzarətə götürərək, Kaşlaqaç çayını keçərək sərfəli xətt üzrə möhkəmlənib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinq zamanı bildirib.
O əlavə edib ki, martın 30-da axşam saatlarında havadan buraxılan qanadlı raketlər Donbasdakı Ukrayna qrupunun yanacaqla təmin olunduğu Dnepropetrovsk, Lisiçansk, Çuqev və Novomoskovskda iri yanacaq bazalarını məhv edib.
Gecə ərzində Rusiya aviasiyası Ukraynanın 52 hərbi obyektini, o cümlədən 4 komanda məntəqəsini, İzyumun cənubunda bir “S-300” və Kuraxovo yaxınlığında bir “Buk-M1”, iki MLRS, bir raket və artilleriya silahları anbarını, 2 yanacaq anbarını və 38 dayaq məntəqəsini vurub.
///Baku.ws
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12