G7’’ Rusiyaya qarşı müharibəni genişləndirir – nəhənglər Ukraynanı Kremlin cəngindən ala biləcəklərmi?

Musavat.com xəbər verir ki, iyunun 26-dan etibarən Almaniyanın cənubundakı Elmau qəsrində ‘’G7’’-lərin sammiti başlayıb. Dünyanın 7 ən nəhəng dövlətini özündə birləşdirən ‘’G7’’ üç gün davam edəcək və danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət, eləcə də anti-Rusiya sanksiyalarının nəticələrinin təhlilidir. Artıq bir sıra qərarlara dair ön açıqlamalar verilib. Onlardan biri də “Böyük Yeddilik” (G7) ölkələrinin Ukraynaya 30 milyard avro maliyyə dəstəyi vermək niyyəti barədədir.

Putin müharibə başlayandan ilk dəfə Rusiyanı tərk edir-Bu nə mesajdır?

Rusiya lideri Vladimir Putin gələn həftə Tacikistan və Türkmənistana səfər edəcək. Bu barədə “Rossiya-1” kanalının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib. Putin ilk olaraq bu həftə Düşənbəyə uçacaq. O, Tacikistan prezidenti ilə danışıqlarda və işçi yeməkdə iştirak edəcək. Rusiya prezidenti Xəzər sammitində iştirak etmək üçün oradan Aşqabada səfər edəcək.

İyunun 29-na planlaşdırılan VI Xəzər Sammitinə səfər Vladimir Putinin 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ilk xarici səfəri olacaq. Rusiya prezidenti sonuncu dəfə fevralın əvvəlində Çinə işgüzar səfər edəndə ölkəni tərk edib.

Putinin bir neçə aydan sonra ilk dəfə ölkə hüdudlarını tərk etməsinin səbəbləri nədir? Bu Rusiya liderinin Ukrayna cəbhəsindəki “uğurlarından” qaynaqlana bilərmi? Yoxsa bu həm də o anlama gəlir ki, Putin Qərb mediasında guya “devrilə biləcəyi” haqda iddialara cavab verməyin vaxtı gəldiyini düşünür…Putin həm də onun izolyazıyasının mümkünsüzlüyü mesajınımı verir?

Rusiya 1918-ci ildən bu yana ilk dəfədir ki, xarici valyutada olan suveren borcu ilə bağlı defolt elan edib.

Rusiyanın defolt elanı Qərb sanksiyalarının kuliminasiya nöqtəsi hesab olunur.

Qeyd olunur ki, Rusiyanın dövlət istiqrazları üzrə vaxtı keçmiş ödənişlərinin 100 milyon dollarının ödənilməsi ilə bağlı güzəşt müddəti bazar ertəsinə keçən gecə başa çatıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.