Rusiya Çin ilə dəmir yolu əlaqəsini dayandırır
Rusiya Çinlə dəmir yolu əlaqəsini dayandırır.
Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, dəmir yolu əlaqəsinin dayandırılmasının məqsədi yeni növ koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaqdır.
Bildirilir ki, Moskva vaxtı ilə fevralın 3-ü saat 00:00-da Rusiya və Çin arasında sərnişin qatarlarının hərəkəti tamamilə dayandırılacaq.
Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tokio-2020: Açılış mərasimində Əfqanıstan bayrağı da olacaq
Sərxoş ana 10 aylıq qızını qatar tualetinin qabağına atdı - VİDEO
Gürcüstan aviaşirkətlərinə Rusiyaya uçuş qadağan edilir
Qazaxıstanda internet bərpa olundu
ÜST-dən karantini bitirmək istəyən ölkələrə xəbərdarlıq!
Əməliyyat etdilər, amma uşağı ananın bətnində tapmadılar - FOTOLAR