Rus qadınlar doğmaq üçün Argentinaya gedir
Rusiya ordusunun Ukraynaya hücumlarının başlamasından sonra Rusiyadan immiqrasiya dalğası var. Minlərlə hamilə həyat yoldaşları ilə birlikdə Argentinaya gedir.
Bakupost.az bildirir ki, “Wall Street Journal”ın xəbərinə görə, rusiyalı cütlüklər Cənubi Amerika ölkəsində yeni həyata başlamaq istəyirlər.
Argentina hökumətinin immiqrasiya ilə bağlı məlumatları göstərir ki, 2022-ci ilin yanvar ayından bəri əsasən orta və yuxarı təbəqədən olan 22.000-dən çox rus ölkəni tərk edib.
Səlahiyyətlilər, sözügedən qadınların Argentinada doğum nisbətinin artmasında daha çox iştirak etdiyini bildirir.
Belə ki, bu vəziyyətdə yeni doğulan körpələri üçün vətəndaşlıq almaq şansı olan cütlüklərin özləri üçün də müvəqqəti yaşamaq və işləmək icazələri yaranır.
Argentinanın Səhiyyə Nazirliyi, ən işlək səhiyyə müəssisəsi olan Fernandez Xəstəxanasında qeydə alınan 985 doğuşdan 85-nin yüzdə 8,6 nisbətində rus qadınlarına aid olduğunu açıqlayıb.
Bu il fevralın 14-dək 168 doğuşdan 38-i rus qadınlarına məxsus olub. Bu nisbət 22,6 faizə yüksəlib.
Finochietto Xəstəxanasının həkimləri ötən ilin dekabrında 180 doğuşdan 50 rus körpəsini dünyaya gətiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mark Zukerberqin sərvəti təhlükədə: Silikon Vadisindən köçə bilmir
Avropa İttifaqında elektrik avtomobillərinin satışı 73% artıb
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır