Ruhi Əliyeva şiddət görən azyaşlıların müdafiəsinə qalxdı - VİDEO

Bu günədək bir çox sosial layihələrə imza atan iş xanımı Ruhi Əliyeva bu dəfə şiddət görən azyaşlıların müdafiəsinə qalxıb.
OLAY yazır ki, o, mövzu ilə bağlı qısa videoçarx çəkdirərək instaqram hesabında paylaşıb və bu sözləri qeyd edib:
“Biz-balaca qızların hər birimizin xəyalımızda dadı şirin, özü bəzəkli, rəngi göy qurşağı kimi dünyamız var. Elə bir dünya ki, orda siz böyüklərin qışqırıqları, şiddəti, həqarəti bizim acımız, göz yaşımız yoxdur. Kimsə bizi incitmir, şillə vurmur, qadağalar qoymur, yetkinlik yaşına çatmamış bizi zorla ərə vermir, təhdid etmir, zorlamır, anamızı döymür. Yaddaşımıza unuda bilməyəcəyimiz ağrılar, əzablar həkk eləmir. Elə bir dünya ki, orada hər kəs başımıza sığal çəkir, bağrına basır, sabahlar sevgi ilə açılır, gecələr nağıllarla bitir. O dünya ki, orda yalnız sevgi və sevinc bərqərardır. Bizə o dünyanı bəxş edə bilərsinizmi?”
Qeyd edək ki, videonu Nuran Məmmədov lentə alıb.
https://www.instagram.com/tv/CWWCLzNA5di/?utm_source=ig_web_copy_link
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrail səfirliyi Azərbaycanı təbrik edib
İtkin düşmüş daha bir hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib
Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO
Bakıda dəhşətli hadisə - 11 yaşlı qız evdə diri-diri yandı
Blinken: "ABŞ Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyir"
ÜST: Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır - VİDEO