Ruhi Əliyeva şiddət görən azyaşlıların müdafiəsinə qalxdı-VİDEO

Bu günədək bir çox sosial layihələrə imza atan iş xanımı Ruhi Əliyeva bu dəfə şiddət görən azyaşlıların müdafiəsinə qalxıb.
Minval.info xəbər verir ki, o, mövzu ilə bağlı qısa videoçarx çəkdirərək instaqram hesabında paylaşıb və bu sözləri qeyd edib:
“Biz-balaca qızların hər birimizin xəyalımızda dadı şirin, özü bəzəkli, rəngi göy qurşağı kimi dünyamız var. Elə bir dünya ki, orda siz böyüklərin qışqırıqları, şiddəti, həqarəti bizim acımız, göz yaşımız yoxdur. Kimsə bizi incitmir, şillə vurmur, qadağalar qoymur, yetkinlik yaşına çatmamış bizi zorla ərə vermir, təhdid etmir, zorlamır, anamızı döymür. Yaddaşımıza unuda bilməyəcəyimiz ağrılar, əzablar həkk eləmir. Elə bir dünya ki, orada hər kəs başımıza sığal çəkir, bağrına basır, sabahlar sevgi ilə açılır, gecələr nağıllarla bitir. O dünya ki, orda yalnız sevgi və sevinc bərqərardır. Bizə o dünyanı bəxş edə bilərsinizmi?”
Qeyd edək ki, videonu Nuran Məmmədov lentə alıb.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır