Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Fotolar
Ruhi Əliyevadan əkiz oğullarına təsirli təbrik: “Ürəyim iki bədənə bölünüb”
İş xanımı Ruhi Əliyeva əkiz oğulları Həsən və Məhəmmədin ad günü münasibətilə duyğusal paylaşım edib. Minval.info xəbər verir ki, o, sosial şəbəkə hesabında övladlarına ünvanladığı səmimi sözlərlə diqqət çəkib.
Ruhi Əliyeva bildirib ki, oğullarının dünyaya gəldiyi gün onun üçün yenidən doğulduğu gündür:
“Bu gün mənim yenidən doğulduğum gündür. Çünki bu gün mənə dünyanın ən gözəl adını – ana adını bəxş edən iki mələyimin ad günüdür. Canım oğullarım, siz həyatımın ən saf duası, ən böyük möcüzəsi və Allahın mənə bəxş etdiyi ən qiymətli əmanətisiniz. Siz doğulduğunuz gündən bəri ürəyim iki bədənə bölünüb.”
İş xanımı paylaşımının davamında övladlarına sağlam, xoşbəxt və vicdanlı ömür arzulayıb, onlara olan sevgisinin heç vaxt azalmayacağını vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
