Rüfət Axundovdan qalmaqallı hadisədən sonra ilk

Minval.info // “Əgər mənim günahkar olduğumu deyirlərsə, eybi yox, qoy, mən günahkar olum. Mənim günahım yoxdur! Günahı olanları Allaha tapşırırıam və hər şeyi zamana buraxıram! Amma böyük sənətkar Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar”.
Bu sözləri News24.az-a açıqlamasında “Space” Televiziyasında “Hər səhər” verilişində baş vermiş xoşagəlməz məlum hadisənin iştirakçısı müğənni Rüfət Axundov deyib.
Həmçinin oxu: Rəşad İlyasov niyə cəzasız qalıb? – Müəmma
“Rəşada heç bir iradım yoxdur, qüsuru gərək insan özü özündə tapsın” deyən R.Axundov, bu məsələdə özünü günahkar bilir:
“Hər kəs özü səhvini başa düşməli və cavabdeh olmalıdır. Günahsız olduğumu görən insanların münasibəti, fikri mənə yetərlidir. Kor-kor, gör-gör, qoy, dəfələrlə o videoya baxsınlar və kimin günahkar olduğunu düzgün şəkildə ortaya çıxarsınlar”.
Vurğulayaq ki, Rüfət Axundov işdən çıxarılması və bütün televizyalarda qadağa qoyulması xəbərini də təsdiqləyib.
Həmçinin oxu: “Space”in efirindəki söyüş qalmaqalına görə sərt atdımlar atıldı: Qovulmalar, qadağalar…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ