Roza Zərgərli falçını polisə verdi

Müğənni Roza Zərgərliyə qarşı dələduzluq edilib.
Minval.info xəbər verir ki, bir falçı sənətçinin şəklini qoyaraq, özünü reklam edib. Belə ki, instaqramda səhifələrin birində Rozanın fotosunu qoyaraq “Roza Zərgərliyə cadu etdilər” sözləri yazılıb və falçının telefon nömrəsi qoyulub.
İfaçı bununla bağlı açıqlama yayıb. O, həmin falçıya zəng edərək “Məndə cadu var? Məndən cadu tapmısınız? Həmin səhifə mənim şəklimi sənin fotonun yanına qoyanda niyə demirsən?” sözlərini söyləyib.
Roza daha sonra həmin şəxslərlə bağlı polisə şikayət edib.
“Biz sənət insanlarının adından qara piar olaraq özlərinə reklam qazanırlar ve dinimizə aid olmayan yalandan insanları dolandıraraq onların pullarını mənimsəyirlər. Tezliklə polis tərəfindən saxtakarlıqla məşğul olduğuna görə hər iki şəxs qanun qarşısında cavab verəcəklər” deyə, sənətçi əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır