К содержанию

Roza Zərgərli boşanıb

Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalarla diqqət çəkib.

Axşam.az xəbər verir ki,  “ATV maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olan sənətçi həyat yoldaşı ilə ayrılmasından danışıb.

Müğənni ərindən ona xəyanət etdiyi üçün  boşandığını bildirib:

“Mənim gözəl tərəf müqabilim və ailə başçımın həyatında 4 ildir qadın var imiş. Gözəl qadındır. Dəhşətli dərəcədə gözəldir. Zövqünü bəyəndim. Həmin xanımın da bacısı mənim rəfiqəm imiş. Düzdü mənim qədər gözəl ola bilməz, amma gözəl idi. Əgər bir qadın 3 ildir ağrıkəsici ilə yaşayırsa, bu qadın xəstədirsə həmin qadına deyir ki, nə oldu? Sən mənə çatanda xəstəsən, zarıldayırsan, heç efirə çıxanda xəstə olmursan? Ayrıldıq… Bu qərarı da mən verdim. Çox istədim ki, övladımız olsun, amma alınmadı. Daha sonra övladlığa uşaq götürdüm. Lakin o da bizi birləşdirmədi. İndi barışmaq istəyir. Əgər o münasibətdən övladı doğulmasaydı, mən bağışlayardım”.

Roza həyat yoldaşından boşanan zaman övladlığa götürdüyü oğullarının sərt reaksiyası ilə qarşılaşdığını deyib:

“Öz qızım heç nə demədi. Lakin oğullarım dedi ki, boşansan biz səni atıb gedəcəyik. Elə də oldu . İkisi də məndən küsdülər. Dedilər, biz istəmirik sən başqa adama aşiq olasan. Biz gözümüzü açandan onu görmüşük. Razı deyilik ayrılmağına…

Həyat 40 yaşdan sonra başlayır. Hər şeydən əvvəl insan özünü, sonra başqalarını düşünməlidir. Hətta övladdan belə qabaq özünü düşünməlidir. Əgər sən xəstəsənsə, heç kimə lazım deyilsən”.

Tarix: 2021/04/19 11:17

Maqazin

Baxış sayı:

384

  Dostlarımızın xəbərləri

Digər xəbərlər

Sərdardan boşandı, futbolçu ilə sevgili oldu – FOTOLAR

Türkiyəli müğənni Sərdar Ortaçın keçmiş həyat yoldaşı Xloe Luqnanın yeni sevgilisinin kimliyi məlum olub.

“Kədərimə boyun əydim” – Oğlunu itirən Nazpəri

Bir müddət əvvəl oğlu Əlini itirən Xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədə paylaşım edib.

“Hamı küçədə qalıb, tək ev gəlini sənsən” – Güneldən Rəqsanəyə

Müğənni Rəqsanə İsmayılovanın Rusiyada işləmə gedən şou-biznes nümayəndələri haqda dediyi sözlərə bu dəfə Günel Ələkbərova münasibət bildirib.

Şəbnəm yeni klipini təqdim etdi – Video

Müğənni Şəbnəm Tovuzlu “Baldı balam” adlı mahnısına çəkilən klipini  təqdim edib.

Onlar “Avroviziya 2021”ə buraxılmayacaq

“Avroviziya 2021”-in təşkilatçıları pandemiya ilə əlaqədar yarışmaya yaşlı şəxslərin qatılmasının qadağan edildiyini açıqlayıb.

Nadir Qafarzadə Mirşahinə etiraz etdi: “Axı biz qoyun deyilik”

Müğənni Nadir Qafarzadə jurnalist Mirşahin Ağayevin qapanma tələb etməsinə münasibət bildirib.

7 gün öncə anasını itirən Aslanın son müsahibəsi: Haradan pul qazanım?

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Aslan Hüseynov vəfat edib. Onun anası isə 7 gün öncə dünyasını dəyişmişdi.

Müğənni Aslan Hüseynov qəzada vəfat edib?

Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişdi.

“Bağımı satdım, indi dostumun evində…” – Nadir Qafarzadə

“Pandemiya vaxtımı evdə keçirirəm. Evdən çıxmıram. Efirlərə də çox vaxt getmirəm”.