Röyaya efir qadağası qoyuldu
Əməkdar artist Röya Ayxana efir qadağası qoyulub.
Minval.info axşam.az-a istinadən xəbər verir ki, artıq müğənninin klipləri “MTV Azərbaycan” kanalında yayımdan götürülüb. Həmçinin, kanalın rəhbəri Rəhim Rəhimli sənətçi haqda informasiyaların verilməsinə də qadağa tətbiq edib.
Bildirilir ki, buna səbəb Röya Ayxanın “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında işlətdiyi fikirlər olub. Həmin verilişdə sənətçi “Onsuz da bütün mahnılar “Youtube”da izlənilir. Klip saatı varsa, nümayiş etdirsinlər. Bir kanal lazımdır ki, orada kliplər yayımlansın. Amma ən azından “Xəzər” kimi səviyyəli bir kanal olsun” replikasını atıb.
Həmin verilişdən dərhal sonra isə “MTV Azərbaycan”da Röya ilə bağlı məlum qərar verilib.
Qeyd edək ki, Rəhim Rəhimli sözügedən kanalda müğənnilər Kərim Abasov və Niyam Salaminin də efirdə görünməsinə qadağa qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır