Röyanın konsert tarixi açıqlandı
Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən “Nazlı” adlı solo konsertinin tarixi müəyyənləşib.
Minval.info xəbər verir ki, bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan musiqili gecə 23-24-25 sentyabr tarixlərində baş tutacaq.
Əvvəlki tarixə alınan biletlər keçərli olacaq. 1 saat 30 dəqiqəlik solo konsertin bilet qiymətləri isə 20-150 AZN arası dəyişir.
Xatırladaq ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.
Lakin həmin dövrdə koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dəbdəbəli toy: Məşhurlar axın etdi!
Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı
Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi
Yeraltı serialının yeni mövsümü gəlir!