Röyadan general oğlu ilə sevgili olması xəbərinə REAKSİYA
Dünən “Qafqazinfo” saytı əməkdar artist Röya Ayxanın Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması xəbəri yayımlanıb.
İfaçının mətbuat xidməti primetime.az saytına açıqlamasında xəbəri təkzib edib. Bildirilib ki, adıçəkilən general oğlu Telmanla ifaçı arasında illərə söykənən dostluq münasibəti var: “Telman hələ 9 yaşında olarkən Röya xanım onu tanıyırdı. O, əməkdar artistin uşaqlıqdan pərəstişkarları sırasındadır. Telman müğənninin bütün komandası ilə yaxından dostdur və demək olar ki, hər gün bizim yanımızdadır”.
Əməkdar artistin də məsələyə münasibəti çox gecikmədi. Estrada ulduzu şəxsi İnstagram hesabında xəbəri paylaşıb və “Çox güldüm” şərhini əlavə edib. Mətbuat xidməti bu məsələyə də toxunub: “Röya xanım ona görə gülür ki, Telmanla arasında 12 yaş fərq var. İfaçı onun elçilik mərasimində belə iştirak edib və onlar ailəlikcə dostdular. Yəni, xəbər kökündən yalandır Onların münasibətinin nə yerdə olduğunu bilən hər kəs sevgili iddiasına məhz gülümsəyir. Hörmətli media nümayəndələrinə və Röyasevərlərə səslənirik ki, əsassız xəbərlərə inanmasınlar”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!