"Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim"
“Münasibət yoxdursda, yoxdur. İllərdir bir-birimizdə telefon nömrəmiz yoxdur. Bayramlarda, ad günlərində təbrik yazmırıq”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Dəyişən cavab” proqramında deyib. Səətçi “W-trio” qrupunun keçmiş solistləri Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibidən danışıb:
“Heç biri ilə küsülülüyüm yoxdur, amma münasibət də yoxdur. Mənim paxıllıq etməyim üçün səbəbim olmalıdır. Dünyada nə var ki, məndə yoxdur? Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim. İki ali təhsilim, dörd övladım, dərs dediyim məktəb var. İstədiyim hər şeyi əldə etmişəm. Səbəbim yoxdur ona paxıllıq edəm.
Üçümüz də müğənniyik, sevilirik, niyə müharibə edək ki? Səbəb görmürəm buna. Yaşca onlardan böyüyəm. Amma barışığa cəhd etməmişəm. Hazırda Röya məni “blok” edib. Onun paylaşımlarını görmürəm, demək ki, “blok”dayam. Bəlkə də, fərqli düşüncələrimizə görə Röya və Natavandan uzaqlaşdım. Həyat bizi ayırdı”.
Proqramın aparıcısı məşhur stilist Anar Ağakişiyev Röyaya zəng edərək onu Elnarə ilə barışdırıb. Röya da Elnarənin onu İnstaqramda qara siyahıya saldığını iddia edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!