“Röya kimdi ki, o mənim əlimdən çıxıb ortalığa” – Roza
Xəbər verdiyimiz kimi, “Bizimləsən” verilişində müğənni Roza Zərgərli ilə jurnalist Ülviyyə Alovlu arasında mübahisə düşüb.
Reklam fasiləsində başlayan söz savaşı efir zamanı da davam edib. Hər iki tanınmışın əvvəlcə mikrofonu söndürülsə də, sonradan səslər yayımlanıb.
Ülviyyə Alovlu mübahisənin əsl səbəbini və reklam fasiləsində yaşananları danışıb: “Efir zamanı səslər kəsildi. Orada Rozanın cavabını çox pis verdim. O da qayıtdı ki, məni işlədiyin müğənnilərlə, Röya ilə səhv salma. Mən də cavabımda “Sən Röyanın ayağının tozu, çölə atılan dırnağı ola bilməzsən. Özünü Röya ilə müqayisə etmə” dedim. Onda da Roza əlini mənə uzadıb “Röya kimdi ee? Kimdi Röya? Röya mənim əlimdən çıxıb ortalığa” qışqırdı. Bütün verilişdə qırğın oldu”.
Axşam.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır