Röya: "Deyirlər ki, qiymətimiz bahadır, qəşəng qız baha olar da...”
İnstaqram-da paylaşılan gic-gic videolardan, informasiyalardan bezdim. “Rayonda filankəs arvadını başqasıyla tutdu” başlıqlı görüntüləri görmək istəmirəm.
Bu sözləri Əməkdar artist Röya Ayxan “MTV Azərbaycan”a açıqlamasında bildirib. O, proqramda İnstaqram sosial şəbəkəsi ilə vidalaşma səbəbini açıqlayıb:
“Hamımızın səhvi var, görə-görə yaşayırıq. Biz incəsənət üzvləriyik, çimərlikdə fotolarımız da yayıla bilər. Bu normaldır. Amma sadə camaatın ora-burasını görmək istəmədim. İnstaqram-ı səhifəmdən sildim. İndi də təzə telefona yükləyə bilmirəm, aləmi bir-birinə qatmışam”.
Həmçinin Röya depressiyaya düşdüyü üçün sosial şəbəkədən getməsi barədə yayılan məlumatları təkzib edib: “Depressiyanın İnstaqram-a nə aidiyyəti var? Adam sevgilisindən ayrılıb depressiyaya düşər. Onsuz İnstaqram-a marağım az idi, şəkil çəkdirməkdən də xoşum gəlmir. Mən beləyəm”.
Bundan əlavə, Əməkdar artist qardaşını evləndirməyə hazırlaşdığını söyləyib: “Qardaşlarım əsgərlikdən gəlib. Yəqin ki, birinin toyunu edərəm. Yaman evlənmək istəyir. Biri nişanlıdır, amma deyir ki, tezdir, evlənməyək. Amma bu biri özünü öldürür ki, məni evləndir”.
Eyni zamanda sənətçi rayon toylarına yüksək qonorarla getdiyini də açıqlayıb: “Guya mən demişəm ki, rayon toylarına getmirəm. Hara gedirəmsə, hamı əyləşir, əl çalır. Mən də lirika oxuyuram. Ondansa rayonlara konsertə gedim. Başqalarına elə yaxşı oynayırlar ki… Şəmkirlilər məni çox istəyir, anam oralıdır. Haradan təklif gəlirsə, getmişik. Bir az deyirlər ki, qiymətimiz bahadır. Qəşəng qız baha olar da…” qafqazinfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!