Röya Aygün Bəylərdən 50 min manat tələb edir - VİDEO
Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəylərdən mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.
Minval.İnfo xəbər verir ki, bu barədə “Report”a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.
V.Şükürov bildirib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib: “Müraciətin icraata qəbul edilib-edilməməsi yaxın günlərdə bilinəcək”.
Qeyd edək ki, A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
