Rövşanə ad günü olan qızına yazdı: “Bu günə hədiyyən "twit" olsun”
“Səndən başlanır Vətən. Vətən sənin udduğun hava, Vətən sənin üstündə gəzdiyin torpaq, içdiyin su, toxunduğun daş-divar. Vətənimsən! 15 yaşın Vətənin parça-parça toplanıb bütövləşən zamanına düşdü”.
Musavat.com xəbər verir ki, bu sözləri teleaparıcı Rövşanə Ağasəfqızı yazıb. O, qızı Aylinə həsr etdiyi paylaşımında işğaldan azad edilən torpaqlarımız və xüsusilə də Şuşa ilə bağlı kövrək məqamlara da toxunub:
“Ağasəf baban sonuncu dəfə Şuşa uğrunda savaşdan gəlmişdi. Söz vermişdi ki, sizi mütləq Şuşaya aparacam. Cənnəti görməyə. Mən nə 15, nə də 35 yaşımda oranı görə bildim. Aylinim, sənə söz verirəm. 16 yaşında başı dumanlı Şuşada şərəfinə qırmızı geyinib, “ay qız, Aylin, bu nə qaş-göz” deyib, böyüdüyün günə şükür edəcəm. Axı damarında axan qanda həm də Şuşadan pay var… Aylinim, sən tarixi təlatümün fidanısan. Bu an Allahdan bircə arzum var- sən salamat böyü. Bomba səsi, raket sədası eşitməsin qulaqların. Hə, bir də… Bu günə hədiyyən “twit” olsun. 15 yaşına ayaq üstə alqış”.
Könül
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!