Ronaldudan tapmacalı paylaşım: "Gecədən sonra şəfəqin gəldiyini unutmayın"
Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu FIFA-nın mükafatlandırılması mərasimi olarkən evində istirahət edirmiş.
Oxu.Az xəbər verir ki, portuqaliyalı futbolçu Lionel Messinin altıncı dəfə dünyanın ən yaxşı futbolçusu seçiləcəyini ehtimal etdiyindən mərasimə qatılmağı məqsədəuyğun saymayıb.
O, “Instagram” hesabında evdə istirahətdə olduğu şəklini paylaşaraq portuqal dilində bu sözləri yazıb:
“Səbir və əzmkarlıq həvəskardan peşəkarlığı fərqləndirən iki xüsusiyyətdir. Bu gün böyük olan hər şey kiçikdən başladı. Hər şeyi edə bilməzsən, ancaq xəyallarının gerçəkləşməsi üçün əlindən gələni et. Gecədən sonra şəfəqin gəldiyini unutmayın”.
Qeyd edək ki, Kriştianu Ronaldu ilin rəmzi yığmasına seçilsə də, tədbirə qatılmadığından, podiuma 10 futbolçu çıxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı