04.08.2026 - 11:37
Maqazin 22 baxış

Ronaldonun toyunda messi sürprizi: İki əfsanə bir arada?

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqeslə planlaşdırdığı toy mərasimi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Toya dəvət edilən məşhurların siyahısı ictimaiyyətə sızıb və bu siyahıda Lionel Messinin də adı var.

Minval.info xəbər verir ki, Avropa mətbuatında yayılan məlumatlara görə, toy mərasimi avqustun 1-də Portuqaliyanın Sintra şəhərindəki məşhur “Quinta da Regaleira” sarayında keçiriləcək. Qonaqlardan qara geyimdə iştirak etmələri xahiş olunub. Lakin bu məlumatların doğruluğu şübhə altına alınıb, çünki saray həmin gün turistlərə açıq olacaq.

Bununla belə, Ronaldonun möhtəşəm bir toy mərasimi planlaşdırdığı bildirilir. İddialara görə, dəvətlilər arasında futbol və şou-biznes dünyasının tanınmış simaları, o cümlədən Rio Ferdinand, Kilian Mbappe, Vinisius Junior, Vin Dizel, Rihanna, Cennifer Lopes, Dreyk və Trevis Skott yer alır. Ən çox diqqət çəkən isə Lionel Messinin də dəvətlilər arasında olmasıdır. Bu, iki əfsanəvi futbolçunun uzun illər meydanda rəqabət apardıqdan sonra eyni sosial tədbirdə bir araya gəlməsi anlamına gələ bilər.

Məlumatlara görə, toyun keçirilməsi üçün əsas namizəd məkan Ronaldonun doğulduğu Madeyra adasıdır. Toy mərasiminin Funşal Kafedralında baş tutacağı və daha sonra yaxınlıqdakı lüks istirahət mərkəzlərindən birində qapalı qəbulun təşkil olunacağı iddia edilir.

Hələlik nə Ronaldo, nə də Corcina Rodriqes toyun tarixi və qonaq siyahısı ilə bağlı rəsmi açıqlama verməyib. Bu səbəbdən yayılan məlumatlar təsdiqlənməmiş iddialar olaraq qalır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: