Ronaldo “Yuventus”da görmək istədiyi futbolçuların adlarını açıqlayıb
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo klub rəhbərliyi ilə yeni “transfer pəncərəsi” barədə müzakirə aparıb.
ONA-nın məlumatına görə, ulduz futbolçu söhbət əsnasında Turin təmsilçisini gücləndirə biləcək 6 oyunçunun adını çəkib.
Həmin futbolçular yeni mövsümdə komandanı gücləndirə, həmçinin Çempionlar Liqasında uğura daşıya biləcək simalardır. Ronaldonun siyahısına həmyerlisi, Portuqaliya “Benfika”sının hücumçusu Joau Feliş başçılıq edir. Kriştianu “Real”dakı sabiq iki komanda yoldaşı – müdafiəçi Rafael Varan və yarımmüdafiəçi İskonu da “Yuventus”da görmək istəyir. Onun siyahısındakı daha 3 futbolçu isə “Roma”nın üzvü Kostas Manolas, “Fiorentina”dan Federiko Kyeza və “Lion”lu Tanqay N Dombeledir.
Ronalda bütün namizədlərlə bağlı komandanın baş məşqçisi Massimiliano Alleqri ilə də şəxsən söhbət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı