Ronaldo və corcina üçün möhtəşəm toy hazırlıqları: Dünya ulduzları madeyrada toplanır
Kriştianu Ronaldo və Corcina Rodrigezin illərdir gözlənilən toy mərasiminin təfərrüatları ortaya çıxıb. Cütlük, hazırlıqların son mərhələsinə qədəm qoyub və böyük günə hazırlaşır.
Minval.info xəbər verir ki, möhtəşəm toy mərasimi avqustun 8-də, Ronaldonun doğulduğu Madeyra adasında keçiriləcək. Bu tədbirə idman dünyasının tanınmış simaları, o cümlədən Lionel Messi, Neymar, Həbib Nurməhəmmədov və Konor Makqreqor dəvət olunub.
Toyda, həmçinin musiqi dünyasının ulduzları Dreyk, Rihanna, Cennifer Lopez, məşhur bloger “IShowSpeed” və teleaparıcı Pirs Morqan da iştirak edəcəklər. Rəsmi nikah mərasimi Funşal Kafedralında baş tutacaq, ardından isə beşulduzlu oteldə möhtəşəm ziyafət təşkil ediləcək.
Qeyd edək ki, Ronaldo və Corcina 2016-cı ildən birlikdədirlər və bu müddət ərzində beş övlad sahibi olublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır