Ronaldo çəkildiyi reklama görə lağa qoyuldu - Video
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo çəkildiyi reklamla gülüş hədəfi olub.
“Qafqazinfo” xəbər verir ki, “Shopee” Sinqapur şirkətinin reklamında rol alan futbolçunun video-çarxı Tvitterdə paylaşıldıqdan sonra minlərlə lağlağı şərhlər yazılıb. Belə ki, kadrlarda Ronaldo cərimə zərbəsini yerinə yetirdikdən sonra qol sevinci yaşayır. Ancaq tribunalardakı azarkeşləin səsi çıxmır və hamının başı smartfonuna qarışıb. Bu zaman hakim Ronaldoya brendin təsviri olan vərəqə göstərir. Bundan sonra əlinə smartfon alan Ronaldo brendin reklam musiqisi altında rəqs etməyə başlayıb.
İzləyicilər “Bu reklama görə Ronaldoya minimum milyard dollar qonorar veriblər”, “Olar Ronaldonu əsl gülüş hədəfinə çevirməyi bacardılar” və s. kimi şərhlər yazıblar.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq