28.09.2026 - 10:42
Roma şəhərində "Harmoniya" sənədli filmi təqdim ediləcək
Mədəniyyət 3 baxış

Roma şəhərində "Harmoniya" sənədli filmi təqdim ediləcək

Bu gün İtaliyanın paytaxtı Roma şəhərində “Harmoniya” adlı sənədli filmin təqdimat mərasimi baş tutacaq. Tədbir, Azərbaycanın multikulturalizm və tolerantlıq mühitini əks etdirən bu filmin ilk dəfə təqdim olunması ilə yadda qalacaq.

Minval.info xəbər verir ki, film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə əməkdaşlığı ilə hazırlanıb. Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

“Harmoniya” sənədli filmi, fərqli dinlərə mənsub üç rəfiqənin gündəlik həyatını və qarşılıqlı münasibətlərini nümunə göstərərək, Azərbaycanda mövcud olan tolerantlıq mühitini işıqlandırır. Filmdə qəhrəmanların ailə həyatı, dini ibadətləri və dostluq münasibətləri üzərindən qarşılıqlı anlayış və hörmət təbliğ olunur.

Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrindəki dini ibadətgahlarda və mədəni müxtəlifliyi özündə ehtiva edən məkanlarda aparılıb. Təqdimat mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpus üzvləri və din xadimlərinin iştirakı gözlənilir.

Bununla yanaşı, Azərbaycanın zəngin dini-mədəni irsini əks etdirən fotostend də nümayiş olunacaq. “Harmoniya” sənədli filmi, tolerantlıq və dinc birgəyaşayışın əhəmiyyətini beynəlxalq arenalarda da təbliğ edərək, festivallarda təqdim olunmağa davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: