22.11.2026 - 12:34
Azərbaycanın məşhur bəstəkarı Cavanşir Quliyevin 76 yaşı tamam olur
Mədəniyyət 303 baxış

Azərbaycanın məşhur bəstəkarı Cavanşir Quliyevin 76 yaşı tamam olur

Bu gün, noyabrın 22-də Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev 76 yaşını qeyd edir. 1950-ci ildə Şəkidə anadan olan bəstəkar, musiqi sahəsindəki çoxşaxəli yaradıcılığı ilə tanınır.

Baku.ws-ın məlumatına görə, Cavanşir Quliyev ilk musiqi təhsilini doğma Şəkidə alıb. O, 1968-ci ildə Şəki Musiqi Texnikumunu bitirdikdən sonra Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib və 1975-ci ildə professor Cövdət Hacıyevin bəstəkarlıq sinfini başa vurub.

Bəstəkar, iki operetta, dörd simfoniya və 1000-ə yaxın mahnının müəllifidir. O, həmçinin 300-ə yaxın teatr və televiziya tamaşasına, 8 bədii və 25 sənədli filmə musiqi bəstələyib. Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifi kimi də tanınır.

1992-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən bəstəkar, 2015-ci ildə “Sübhün səfiri” filminə bəstələdiyi musiqiyə görə “Qızıl Pəri” mükafatı ilə təltif edilib. Onun yaradıcılığında milli ruh və vətənpərvərlik mövzuları xüsusi əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: