21.11.2026 - 11:14
Mədəniyyət naziri Yeni Dehlidə keçirilən Forumda çıxış etdi
Mədəniyyət 249 baxış

Mədəniyyət naziri Yeni Dehlidə keçirilən Forumda çıxış etdi

Publika.az-ın məlumatına görə, noyabrın 20-dən 22-dək Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir. Bu tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən, forum çərçivəsində mədəniyyət nazirlərinin və iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə açılış sessiyası baş tutub. Sessiyada çıxış edən mədəniyyət naziri Adil Kərimli, mədəniyyətlərarası dialoqun təşviqi, mədəni irsin qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Forumun əsas məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: