Manuel Noyer həyat yoldaşına fizioterapevt ilə xəyanət edib
Publika.az-ın məlumatına görə, “Bavariya” klubunun məşhur qapıçısı Manuel Noyer həyat yoldaşı Anika Bisselə xəyanət edib. Xəyanət iddialarına görə, Noyerin fizioterapevti ilə münasibətdə olduğu bildirilir.
Bundan əvvəl 40 yaşlı Noyer və 26 yaşlı həndbolçu Anika Bisselin ayrıldıqları xəbəri yayılmışdı. Cütlük 2023-cü ilin noyabr ayında evlənmiş və iki oğul övladları olmuşdu.
“Bild” nəşrinin yazdığına görə, Noyer Braziliyada 23 yaşında adı açıqlanmayan bir qadınla birlikdə görüldü. “Bavariya” klubunun iddiasına əsasən, bu qadın qapıçının fizioterapevti olub və Noyerin zədədən sağalması üçün Braziliyaya göndərilib.
Amma mənbələr bildirir ki, Noyer sentyabr ayında Siciliyada eyni qadınla birlikdə görüntülənib. Onların həmin an çəkilən şəkli idman zalının işçisi tərəfindən paylaşılmışdı. Anika Bissel isə bu münasibətdən Noyerin dostları vasitəsilə xəbər tutub və qapıçının boşanmaq niyyətini doğuşdan bir neçə gün sonra öyrənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da qalmaqallar səngimir: Nazir Lutnik bağış etdi
Vandanın sevgilisi İkardini fiziki zorakılıqla hədələyib
"Kəpəz" klubunda mühafizə rəisi veteran futbolçunu döydü
Kadir İnanırın miras qalmaqalı: qardaşı oğlu itmiş saatları axtarır
Mustafa Sarıgülün ailəsindəki qalmaqal: İntim videolar yayıldı
Niderlandda həkimdən şok əməl: 49 uşağın bioloji atası olduğu ortaya çıxdı
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb