Robbi Uilyams Peruda konsert ləğvindən sonra sürpriz performans etdi
Məşhur britaniyalı müğənni Robbi Uilyams Perunun paytaxtı Limada yerləşən otelin qarşısında gözlənilməz bir performans sərgiləyib. Onun şəhərdəki stadionda planlaşdırılan konserti ləğv edildikdən sonra bu addımı atıb.
Hakimiyyət orqanları Arena 1 Parkında keçirilməsi nəzərdə tutulan tədbirin təhlükəsizlik qaydalarına uyğun gəlməməsi səbəbindən baş tutmayacağını açıqlayıb. Bu xəbər Uilyamsın pərəstişkarlarını məyus edib.
Minval.info xəbər verir ki, Robbi Uilyams otelin qarşısına toplaşan izdiham qarşısında “ürəyi qırıldığını” bildirib və sevənləri ilə qısa bir musiqi səhnəsi paylaşıb. Bu, izdihamın coşğulu alqışları ilə qarşılanıb.
ƏLAQƏLİ
Kürk mantolar arasında 40 il saxlanılan tablo 4,9 milyon dollara satıldı
Robbi Uilyamsın bu jesti, konsertin ləğvindən sonra pərəstişkarlarına təsəlli olaraq yadda qalıb. Müğənninin bu cür yaxın münasibəti onun fanatları arasında böyük rəğbət və minnətdarlıq doğurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kürk mantolar arasında 40 il saxlanılan tablo 4,9 milyon dollara satıldı
Əməliyyatdan sonra qəribə hadisə: İki ildir insanları pişik sifətində görür
Eyni qadını sevən və eyni ürəyi paylaşan iki adamın heyrətamiz hekayəsi
19 yaşlı gənc öz istehsalı ilə Guinness Rekordlar Kitabına düşdü
Tarkan bu dəfə COP üçün oxudu - Video
Britaniya Kitabxanası Agata Kristinin sirli dünyasını araşdırır
Coni nadir xəstəlikdən əziyyət çəkir?