Ərindən ayrılan kimi qızına qoyduğu Mətanət adını dəyişdi - Foto
Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canana arasındakı qalmaqal bitmir.
Axşam.az xəbər verir ki, müğənni oğlu Kərimin qızına öz adını qoyumuşdu. Canana isə həyat yoldaşından ayrıldıqdan sonra qızının adını dəyişib. O, bu haqda sosial şəbəkə profilində paylaşım edib və bunları yazıb:
“Yeni adın mübarək, Elayım. Hər bir ad insan həyatında önəm daşıyır, gərək adı qoyanda çox düşünəsən. Kiminsə könlünü xoş etmək üçün yox… Elay adının çox gözəl mənası var, ay kimi gözəldir, cəfakeş və qayğıkeş deməkdir. Ümid edirəm ki, qızım bu adının mənasını əməllərində göstərə biləcək”.
Qeyd edək ki, Canana və Kərimin ayrılmasına səbəb yaşadıqları ev olub. Belə ki, onların yaşadıqları evin olduğu ərazi başqa şirkət tərəfindən satın alınıb. Həmin yerdə tikilən mənzil hazır olana kimi Canana və Kərim kirayədə qalıb. Canana kirayə pulunu M.İsgəndərlinin alıb, ona vermədiyini iddia edib. O bildirib ki, həyat yoldaşı ondan ayrılaraq anasının evinə köçüb, uşaqlarına isə maddi dəstək olmur.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır