"Ərim mənə əl qaldırsa da, xəyanət etsə də boşanmadım" - Vəfa Şərifova
Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.
“Minval.info” Lent.az-a istinadən xəbər verir ki, sənətçi ərinin ona qarşı şiddət göstərdiyini etiraf edib:
“Yoldaşım məni sevməsə boşanaram. Əvvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım xəyanət etsə, əl qaldırsa, boşanaram. Xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım. Dözmərəm dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm ki, uşağım atasız böyüsün. Mən də başqaları kimi o bataqlıqlara düşmək istəmirəm.
Qadınlar hisləri ilə xəyanət edir. Kişilərdə isə fərqlidir. Dost əhatəsinə qoşulurlar, gedib xəyanət edirlər. Məsələn, deyirlər ki, filankəsdən qorxursan? Gəl, sən də bizlə get. Mənim düşdüyüm xəyanət bu idi. Hisləri ilə kiməsə bağlanarsa, sevərsə, ondan boşanaram. Çünki hislərim, sevgim mənim üçün dəyərlidir.
Hər zaman düşünürdüm ki, qadın böyük səhv edərsə, döyülər. Amma yaş ötdükcə anlayırsan ki, qısqanclıqdan, çox istəməyindən də belə şeylər ola bilər. Döyülmək qadına böyük travma yaşadır. Allah heç bir qadına bu travmanı qismət eləməsin”.
Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Cütlüyün bu evlilikdən bir qızı var
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır