"Ərim dedi ki, boşanmaq üçün sən müraciət et" - Röya
Əməkdar artist Röya Ayxan yeni çəkdirdiyi “Problemdir sevgimiz” klipindən danışıb.
Dərgi.az-ın məlumatına görə, müğənni “Şou news” verilişinə açıqlamasında bildirib ki, mahnı həyat yoldaşı Anar Cəlilovdan ayrılan ərəfədə yazılıb:
“Mahnı bəlkə tutdu, bəlkə də yox. Amma iç dünyaları yaxın olanlar bəyənəcək. Təkcə Röya üçün yox, hamı üçün problemdir. Hamımızın həyatında var bu. Sevmək əvvəl daha gözəl idi. Bəlkə də indi qocalmışam. Deyirsən ki, oğlan gedib nəsə danışar. Problem varsa, bir-birinə zəng vurmamışam. Hamısından keçmişəm, alan alıb, satan satıb”.
Röya boşanmasından da söz açıb:
“Biz həyat yoldaşımla ayrılanda dedi ki, sən baş vur boşanmaq üçün. Çünki kişi boşansa, daha pis söz-söhbətlər çıxacaq. Bəlkə başqaları ayrılanda fərqli olur, amma mən pis keçirirəm”.
Son vaxtlar görünüşündə çox dəyişikliklər etmədiyini deyən Röya qaşlarını belə almadığını açıqlayıb:
“Get-gedə özümdə heşnə düzəltmirəm. Neçə aydır qaşımı da almıram. İstəmirəm. Problemim ancaq burun idi. Onu da kəsdirdim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
