Rihannanın kitabı 110 min dollara satıldı
Dünyaca məşhur müğənni Rihanna kitab çıxarmaq qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, “The Rihanna Book” bu gündən etibarən satışa çıxarılıb.
504 səhifədən ibarət kitabın böyük bir hissəsi fotolardan ibarətdir. 1000 fotoda sənətçinin qastrol səfərləri, ailəsi, dostları, səhnəarxası görüntüləri yer alıb.
“İnanılmaz fotolardan ibarət kitabı sizinlə paylaşdığım üçün çox həyəcanlıyam. Kömək göstərən fotoqraflara, rəssamlara minnətdaram. Bu kitab üzərində beş ildən çoxdur çalışırıq və hamıyla bölüşdüyüm üçün çox xoşbəxtəm”,- deyə Rihanna bildirib.
Bundan əlavə, kitab klassik Rihanna versiyasının yanında “Rihanna: Fenty x Phaeton”, Rihanna tərəfindən özəl olaraq imzalanan “Rihanna: Luxury Supreme” və “Rihanna: Ultra Luxury Supreme” adlı üç fərqli nüsxədə çap ediləcək.
Sadəcə 10 ədəd nəşr edilən imzalı “Rihanna: Ultra Luxury Supreme” kitabı auksionda 110 min dollara Kardi B satın alıb.
Sadə kitabların qiyməti isə 177 dollaradır.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!