22.04.2019 - 08:36
“Real” rəqibinə futbol dərsi keçdi
İdman 5 baxış

“Real” və “Xetafe” rəqiblərini darmadağın ediblər - VİDEO

“Real” rəqibinə futbol dərsi keçdiİspaniya La Liqasında XXXIII tura yekun vurulub.

ONA-nın məlumatına görə, turun son günündə 5 qarşılaşma keçirilib.

“Real” öz meydanında “Atletik”i darmadağın edib. Madridlilərin hər üç qoluna Kərim Benzema imza atıb.
“Xetafe” də “Sevilya”nı üç qolla keçib. Çempionlar Liqasına vəsiqəyə daha bir iddialı – “Valensiya” isə Sevilyanın digər təmsilçisi “Betis”i məğlub edib.

“Vilyarreal” “Leqanes” üzərində qələbə ilə təhlükəli zonadan uzaqlaşıb. Günün yeganə heç-heçəsi hərəyə iki qol vuran “Levante” və “Espanyol”un görüşündə qeydə alınıb.

Qeyd edək ki, növbəti turun oyunları aprelin 23-25-də keçiriləcək.

İspaniya La Liqası
XXXIII tur
21 aprel
“Vilyarreal” – “Leqanes” – 2:1
Bakka, 64, Ekambi, 80 – El Jar, 87 (pen.)
“Real” – “Atletik” – 3:0
Benzema, 47, 76, 90
“Xetafe” – “Sevilya” – 3:0
Mata, 35 (pen.), Molina, 45 (pen.), 53
“Levante” – “Espanyol” – 2:2
Vezo, 62, Roçina, 72 – İqlesias, 16, Roka, 65
“Betis” – “Valensiya” – 1:2
Lo Çelso, 78 (pen.) – Quedes, 45, 49

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: