"Real"ın formasına qarşı allergiyam var" - Pike
“Məni fitə bassalar, daha yaxşı oynayaram. Tənqid olunanda inkişaf edirəm. Milli komandada məni fitə basmışdılar. Amma bu, yığmadakı ən yaxşı ilim idi”.
Qol.az xəbər verir ki, bu sözləri İspaniya millisi və “Barselona”nın üzvü Jerar Pike “Sport.es”ə açıqlamasında deyib.
Təcrübəli müdafiəəçi əzəli rəqibləri “Real” haqda da danışıb. O, uşaqlıqdan indiyədək heç vaxt Madrid klubunun formasının geyinmədiyini, bu formaya qarşı allergiyasının olduğunu bildirib: “Məncə, nə vaxtsa “Real” futbolçuları ilə forma dəyişdirmişəm, ancaq heç vaxt o formanı geyinməmişəm. “Real”ın formasına qarşı allergiyam var”.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pike 2008-ci ildən Kataloniya klubunda çıxış edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AFFA “Qəbələ”nin qapıçısını 4 oyunluq diskvalifikasiya edib
FİFA prezidenti ilə bağlı sensasion iddia - üzgörənlik edib
"Qalatasaray"dan darmadağın (FOTO, VİDEO)
İtaliya Ermənistanı biabırçı hesabla məğlub etdi - VİDEO
Azərbaycanın tanınmış keçmiş futbolçusunun vəziyyəti ağırdır
Putin Dünya Çempionatındakı əsas favoritini açıqladı